Əsas məzmuna keç
Özünə yol

Özünü sevmək

Gunelin gülümsəyən portreti, arxada naxışlı xalça

Müəllif:
Dərc olunub · 1 dəq oxu

Gunelin gülümsəyən portreti, arxada naxışlı xalça

Qısaca

Özünü sevmək həmişə gülümsəmək deyil. Bəzən bu, dayanmaq, yorğun olduğunu qəbul etmək və xaosun içində özünü tərk etməməkdir — özünlə savaşmadan, olduğun halınla özünə yer açmaq.

Özünü sevmək… Son zamanlar bu ifadəni o qədər tez-tez eşidirik ki: özünə dəyər ver, özünü sev, sən çox dəyərlisən.Amma nadir hallarda kimsə bizə bunu necə edəcəyimizi izah edir. Sanki bir düymə var və onu basan kimi hər şey dəyişməlidir. Amma yox…

Özünü sevmək hər yaşda, hər mərhələdə tamam fərqli bir haldır.Bəzən həyatın elə bir anına düşürük ki, “sevgi” sözünün S hərfini belə anlaya bilmirik. Daxilimiz xaosdur, qarışıqlıqdır, yorğunluqdur. Elə anlar olur ki, güzgüyə baxmaq belə ağır gəlir.

Bəs belə anlarda nə etməliyəm?Bu xaosun içində özümü necə itirməyim?Və sözün əsl mənasında özümü necə sevim?

Özünü sevmək həmişə gülümsəmək deyil.

Bəzən özünü sevmək — dayanmaqdır.

Heç nəyi düzəltməyə çalışmadan, özünə “hazırda çətinəm” deməkdir.

Özünü sevmək bəzən güclü olmaq yox, yorğun olduğunu qəbul etməkdir.

Hər kəs üçün yaxşı olmaq yerinə, özün üçün dürüst olmaqdır.Qaçmaq yox, hiss etdiyini hiss etməyə icazə verməkdir.

Xaosun içində özünü sevmək — özünü tərk etməməkdir.Özünü qınamamaqdır.“Keçəcək” demək əvəzinə, “buradayam” deməkdir.

Və bəlkə də özünü sevməyin ən saf forması budur:özünlə savaşmamaq.Özünü dəyişməyə məcbur etməmək.Sadəcə, olduğun halınla özünə yer açmaq.

Çünki bəzən sevgi sakit bir qucaqdır.Sözsüz, iddiasız, tələsmədən…Və bu qucaq ilk növbədə özündən başlamalıdır.

Sevgilərlə,Gunel 🤍

Bu yazı tibbi məsləhət deyil. Yoga həkim müayinəsini və müalicəni əvəz etmir; sağlamlıq probleminiz varsa, həkimlə məsləhətləşin. Sağlamlıq xəbərdarlığı

Yazı sizə yaxın gəldisə, gəlin praktikada davam edək

Onlayn Hatha yoga dərsinə yazılmaq və ya sual vermək üçün sizə rahat kanalı seçin.

Sizə rahat olan kanalı seçin