Əsas məzmuna keç
Ağıl və emosiyalar

Qorxularımızla üzləşmək

Gunelin gülümsəyən portreti, arxada naxışlı xalça

Müəllif:
Dərc olunub · 1 dəq oxu

Gunel çəhrayı çiçəkli eyvanda, arxada dağlar

Qısaca

Qorxu zəiflik deyil — bizi qorumaq istəyən daxili səsdir. Sadhu təcrübəsi mənə öyrətdi ki, qorxu həmişə həqiqət deyil və dalğa kimi gəlib keçir. İnkişaf rahatlıqda deyil, diskomfortda başlayır.

Qorxu – zəiflik deyil. Qorxu içimizdə bizi qorumaq istəyən bir səsdir. Sadəcə biz çox vaxt o səsi düzgün oxumuruq. Ondan qaçırıq. Üstünü örtürük. Güclü görünməyə çalışırıq. Amma həqiqi güc qaçmaqda deyil, üzləşməkdədir.

Məncə insanın həyatında dönüş nöqtələri məhz qorxularının gözünün içinə baxdığı an başlayır. Çünki qorxunun arxasında həmişə böyümə dayanır. Orada yeni bir “mən” var.

Biz qorxuruq:

– uğursuz olmaqdan,

– tərk edilməkdən,

– sevilməməkdən,

– dəyişməkdən.

Amma maraqlıdır ki, ən çox qorxduğumuz şeylər bizi ən çox azad edən şeylər olur.

Sadhu təcrübəsi və qorxu.

Sadhu təcrübəsi mənim üçün sadəcə bir praktika deyil. Bu, qorxu ilə şüurlu görüşdür. Ayaqların altında iti daşlar… ilk addımda ağrı… bədən “dayan” deyir. Zehin panikaya düşür.

Amma sən qaçmırsan. Dayanırsan. Nəfəs alırsan. Hiss edirsən.

Bir neçə saniyə sonra anlayırsan ki, ağrı səni öldürmür. Qorxu səni dağıtmır. O sadəcə dalğa kimidir – gəlir və keçir.

Sadhu yolu mənə öyrətdi ki:qorxu həmişə həqiqət deyil.bədən düşündüyümüzdən daha güclüdür.zehin isə çox vaxt bizi aldadır.

İlk addımı atanda titrəyirsən. İkinci addımda inam yaranır. Sonra isə bir nöqtədə anlayırsan – sən qorxunun içindən keçmisən.

Qorxudan qaçmaq yox, onu qucaqlamaq.

Biz həyat boyu rahat zonada qalmaq istəyirik. Amma inkişaf rahatlıqda baş vermir. İnkişaf diskomfortda başlayır.

Yoga matında da belədir. Ən çox qaçmaq istədiyin asana səni ən çox açan asanadır. Ən çox qorxduğun söhbət səni azad edən söhbətdir.

Qorxu ilə üzləşmək özünü cəzalandırmaq deyil. Bu, özünü seçməkdir. Öz gücünü tanımaqdır.

Çünki qorxunun o biri tərəfində azadlıq var.

Və bir gün geriyə baxanda anlayırsan ki, səni dəyişən həyatın ən rahat anları yox, ən çətin qərarların olub.

Sevgilərlə,Günel 🤍

Sağlamlıqla bağlı mövzu. Simptomlar güclüdürsə, ilk dəfə yaranıbsa və ya sinə ağrısı, nəfəs darlığı varsa, dərhal həkimə müraciət edin və ya 103 nömrəsinə zəng edin.

Bu yazı tibbi məsləhət deyil. Yoga həkim müayinəsini və müalicəni əvəz etmir; sağlamlıq probleminiz varsa, həkimlə məsləhətləşin. Sağlamlıq xəbərdarlığı

Yazı sizə yaxın gəldisə, gəlin praktikada davam edək

Onlayn Hatha yoga dərsinə yazılmaq və ya sual vermək üçün sizə rahat kanalı seçin.

Sizə rahat olan kanalı seçin