Qısaca
Minnətdarlıq sahib olduqlarını görmək bacarığıdır. Hər gün səhər və ya axşam minnətdar olduğunuz 3 şeyi yazın — bir müddət sonra baxış bucağınız dəyişəcək, şikayət azalacaq, qəbul artacaq.
Minnətdarlıq – sahib olduqlarını görmək bacarığıdır. Çatışmayanlara yox, artıq həyatında olanlara fokuslanmaqdır. Bu, sadə görünə bilər, amma insanın daxili halını tamamilə dəyişə bilən güclü bir praktikadır.
Biz çox vaxt “nə çatmır?” sualı ilə yaşayırıq. Daha çox uğur, daha çox pul, daha çox diqqət…
Amma “nə var?” sualını verdiyimiz an enerji dəyişir. Çünki həyatımızda əslində çox şey var – sadəcə biz öyrəşmişik deyə onları adi qəbul edirik.
Minnətdarlıq praktikası insanı indiki ana qaytarır.
O an anlayırsan ki:
– nəfəs ala bilirsən,
– bədənin hərəkət edir,
– sevdiklərin var,
– yolun var,
– ümidin var.
Və bu kifayətdir.
Bir müddət sonra görəcəksiniz ki, baxış bucağınız dəyişir. Şikayət azalır, qəbul artır. Qəlb yumşalır. Çünki minnətdarlıq – qəlbi açır.
Minnətdarlıq etdiyiniz şeylər çoxalır. Çünki diqqət hara gedirsə, enerji də ora axır.
Sevgi ilə qalın.
Gunel 🤍