Əsas məzmuna keç
Münasibətlər

Sərhəd qoymağı öyrənmək

Gunelin gülümsəyən portreti, arxada naxışlı xalça

Müəllif:
Dərc olunub · 1 dəq oxu

Telefon ekranında Gunelin gülümsəyən fotosu

Qısaca

Sərhəd divar və ya soyuqluq deyil — özünə hörmətdir, “mən də varam” deməkdir. Sərhəd qoymaq cəsarət tələb edir, amma sonda sən öz daxilində daha sakit olursan.

Sərhəd qoymağı öyrənmək bəlkə də həyatımızdakı ən çətin dərslərdən biridir. Həyat bizə müxtəlif dərslər verir. Amma biz çox zaman onları görməzdən gəlirik. Sərhəd qoymaq isə içində ən çətinidir. Çünki bəzən öz sərhədlərimizdən ilk keçən elə özümüz oluruq.

Biz “yox” deməli olduğumuz yerdə “olar” deyirik.

Yorğun olduğumuz halda davam edirik.

Daxilimiz narahat olsa da susuruq.

Qarşı tərəfi incitməmək üçün özümüzü incidirik. Və sonra anlayırıq ki, sərhəd qoymamaq sevgi deyil — özünü itirməkdir.

Sərhəd divar deyil. Sərhəd soyuqluq deyil. Sərhəd məsafə saxlamaq da deyil.

Sərhəd – özünə hörmətdir.

Sərhəd – “mən də varam” deməkdir.

Sərhəd – enerjini qorumaqdır.

İnsan öz sərhədlərini bilməyəndə, həyat onu yoraraq öyrədir. Eyni situasiyalar təkrar olunur. Eyni insanlar eyni nöqtəyə toxunur. Çünki dərs hələ mənimsənilməyib.

Sərhəd qoymaq cəsarət tələb edir. Bəzən münasibət dəyişir. Bəzən insanlar narazı qalır. Amma sən öz daxilində daha sakit olursan. Çünki artıq özünü yarı yolda qoymursan.

Bəlkə də ən böyük yetkinlik budur: başqasını itirmək qorxusundan əvvəl, özünü itirmək qorxusunu hiss etmək.

Sevgi ilə qalın.

Gunel 🤍

Bu yazı tibbi məsləhət deyil. Yoga həkim müayinəsini və müalicəni əvəz etmir; sağlamlıq probleminiz varsa, həkimlə məsləhətləşin. Sağlamlıq xəbərdarlığı

Yazı sizə yaxın gəldisə, gəlin praktikada davam edək

Onlayn Hatha yoga dərsinə yazılmaq və ya sual vermək üçün sizə rahat kanalı seçin.

Sizə rahat olan kanalı seçin